Ramil İlhamlı Haqqında Məlumat!


Azərbaycanın tanınmış rəqəmsal marketinq mütəxəssislərindən biri, beynəlxalq dərəcəli marketinq eksperti və şəxsi inkişaf mentoru olan Ramil İlhamlı 2016-2017-ci illərdən etibarən Sosial Media Marketinqi (SMM) sahəsində fəaliyyət göstərir.

O, 20-dən çox brendin yaradılmasında iştirak etmiş, 200-dən çox SMM layihəsinin təşkilinə və idarə edilməsinə rəhbərlik etmişdir.

Eyni zamanda Vau.Az MMC, Digitaldot.az və Xett Reklam Agentliyinin təsisçi direktoru kimi bir neçə rəqəmsal marketinq və reklam şirkətinə rəhbərlik edir.

2019-cu ildən etibarən təlimçilik fəaliyyəti ilə 700-dən çox SMM mütəxəssisi və 50-dən çox satış mütəxəssisi yetişdirmiş, 4 mindən çox auditoriyaya fərqli mövzularda inkişaf təlimləri vermişdir.

İlk təhsilini Maliyyə, ikinci təhsilini isə Marketinq üzrə almışdır. Hazırda müxtəlif rəqəmsal marketinq layihələrinə rəhbərlik edərək öz bilik və təcrübəsini genişləndirməkdə davam edir.

Daim öyrənmək və inkişaf etmək onun əsas prinsipidir. İnkişafa meyilli hər kəsə dəstək olmağı sevir və təlimləri boyunca iştirakçılar üçün motivasiya qaynağı və bir nömrəli dəstəkçi olacaqdır.


Dərslərindən Fragment


Ramil İlhamlının Sosial Media Hesabları