
Uzman psixoloq və psixoloji məsləhətçi Demet Bozok 12 ildən artıq müddətdə psixologiya sahəsində fəaliyyət göstərir. Türkiyə Respublikasında Ailə və Sosial Xidmətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaqlara Dəstək Mərkəzində (ÇODEM) 2 ildən artıq travma yaşamış uşaqlarla qrup terapiyaları aparmış, bu sahədə dərin təcrübə qazanmışdır.
Peşəkar fəaliyyəti ərzində Türkiyənin 70-dən çox bölgəsində yerləşən dövlət və özəl qurumlarda təlimlər keçmiş, o cümlədən aşağıdakı nüfuzlu ali təhsil müəssisələrində seminar və təlimlərlə çıxış etmişdir:
Kocaeli Universiteti
Sakarya Universiteti
Samsun Universiteti
Adnan Menderes Universiteti
Antalya Universiteti
Çukurova Universiteti və digər dövlət və özəl universitetlər.
Demet Bozok eyni zamanda Uluslararası Toplum ve Ruh Sağlığı Derneği-nin qurucu üzvlərindən biri olmaqla, hal-hazırda bu təşkilatda sədr müavini vəzifəsini icra edir.
Bundan əlavə, Uluslararası Psikologlar Derneği-nin Azərbaycandakı yeganə rəsmi təmsilçisi olaraq beynəlxalq əməkdaşlıqlarda da aktiv iştirak edir.
Peşəkar fəaliyyətinə paralel olaraq, onkoloji xəstələr, Multipl Skleroz (MS) diaqnozlu şəxslər, eşitmə qüsurlu uşaqlar və xüsusi təlimə ehtiyacı olan uşaqlarla bağlı bir çox akademik tədqiqatlara dəstək vermişdir.
Hal-hazırda Samsun, Ordu və Antalya Universitetlərinin psixiatriya bölmələrində təhsil alan tibb bacılarına travma psixologiyası sahəsində ixtisaslaşdırılmış təlimlər keçməkdədir.