Beynəlxalq Sertifikat necə olmalıdır?

Müasir dövrdə beynəlxalq sertifikat almaq karyera yüksəlişi, xaricdə təhsil və ya beynəlxalq iş imkanları üçün əsas açarlardan biridir. Lakin diqqətli olmaq vacibdir: bəzi kurslar və şirkətlər beynəlxalq sertifikat təqdim etdiklərini iddia etsələr də, bu sənədlər əksər hallarda heç bir beynəlxalq tanınırlığa malik olmur.

1.Rəqəmsal Təsdiqləmə və QR Kod Sistemi

Əsl beynəlxalq sertifikat rəqəmsal şəkildə təsdiqlənə bilməlidir. Yəni, sertifikat onu verən qurumun rəsmi saytında qeydiyyatda olmalı və unikal kod və ya QR vasitəsilə onlayn yoxlama imkanı təqdim etməlidir. Bu, istənilən işəgötürən və ya təhsil müəssisəsinin sənədin orijinallığını dərhal yoxlaya bilməsinə şərait yaradır.

2.Keyfiyyət Standartlarına Uyğunluq

Beynəlxalq sertifikat verən kurslar, yalnız təlim proqramı, imtahan, praktiki məşğələlərtəcrübə əsaslı qiymətləndirmə kimi keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdikdə etibarlı sayılır. Hər bir sertifikat konkret təlim nəticələrinə əsaslanmalı və əldə edilən bilikləri sübut etməlidir. Yalnız bu halda həmin sənəd beynəlxalq əmək bazarında və akademik sahədə dəyər daşıyır.

3.Şəxsi Məlumatların Rəsmi Təsdiqi

Etibarlı beynəlxalq sertifikat, sahibinin şəxsiyyətini təsdiq edən məlumatları əhatə etməlidir. Bu, ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, doğum tarixi və zəruri hallarda şəklin daxil edilməsi ilə həyata keçirilir. Beləliklə, sertifikatın yalnız müəyyən şəxsə aid olduğu sübut olunur və saxtalaşdırma halları istisna edilir.

4.Beynəlxalq Akkreditasiya və Əməkdaşlıq

Ən vacib şərtlərdən biri budur ki, beynəlxalq sertifikat yalnız beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınan təhsil müəssisələri tərəfindən təqdim edilməlidir. Qurumlar ya beynəlxalq akkreditasiyadan keçməli, ya da beynəlxalq akkreditasiyadan keçən qurumlarla əməkdaşlıq etməlidirlər.

Təəssüf ki, bəzi kurslar və şirkətlər beynəlxalq sertifikat verdiklərini iddia etsələr də, onlar beynəlxalq səviyyədə heç bir hüquqi tanınırlığa malik olmur və bu cür sertifikatlar əksər hallarda etibarsız sayılır.

5.Dillərdə Uyğunluq və Rəsmi Tərcümə İmkanı

Etibarlı beynəlxalq sertifikat bir neçə dildə təqdim edilməli və zəruri hallarda rəsmi tərcümə ilə təmin olunmalıdır. Bu, sənədin müxtəlif ölkələrdə və şirkətlərdə rahat şəkildə istifadəsinə imkan verir. Əsasən sertifikatın ingilis dili versiyası da olmalıdır, çünki bu, beynəlxalq aləmdə əsas qəbul edilən dildir.


Global Sertifikat Üçün Qeydiyyat!

Please enable JavaScript in your browser to complete this form.
Ad-Soyad
Email Adresiniz
Müraciətinizin Səbəbi
Fikirinizi geniş şəkildə izah edin.