International Hygiene Certification for Professionals (IHCP)

İşiniz üzrə beynəlxalq sertifikatlı mütəxəssis olmaq istəyirsiniz?

Peşəkarların Beynəlxalq Gigiyena Sertifikasiyası (IHCP) – International Hygiene Certification for Professionals, müxtəlif xidmət sahələrində çalışan mütəxəssislərin beynəlxalq gigiyena standartları üzrə nəzəri biliklərini qiymətləndirmək və bu biliklərin imtahan vasitəsilə təsdiqlənməsini təmin etmək məqsədilə yaradılmış beynəlxalq sertifikasiya proqramıdır.

Bu sertifikat sizin peşəniz üzrə beynəlxalq gigiyena standartları, sanitariya qaydaları, təhlükəsizlik prosedurları və peşəkar gigiyena prinsipləri barədə biliklərə sahib olduğunuzu və həmin bilikləri imtahan vasitəsilə təsdiqlədiyinizi göstərən beynəlxalq sertifikat proqramıdır.

1. Kimlər müraciət edə bilər?

Ən azı 1 il iş təcrübəsinə malik olan və ya öz peşəsi üzrə rəsmi təhsil sənədi təqdim edə bilən namizədlər proqramda iştirak edə bilərlər.

Bu proqram xüsusilə aşağıdakı sahələr üçün nəzərdə tutulmuşdur:

• Bərbərlər
• Saç ustaları
• Dırnaq ustaları
• Vizajistlər
• Kiprik və qaş ustaları
• Kosmetoloqlar
• Gözəllik salonu əməkdaşları
• Estetik xidmət mütəxəssisləri
• Barbershop əməkdaşları
• Şəxsi xidmət sektorunda çalışan digər mütəxəssislər

Sertifikat Nümunəsi

2. Sertifikasiya prosesi necə həyata keçirilir?

Qeydiyyat zamanı iştirakçılar iş təcrübəsini və ya təhsilini təsdiq edən sənədləri təqdim edir və 150 AZN ilkin ödəniş həyata keçirirlər. Qeydiyyatdan sonra 3 iş günü ərzində iştirakçıya imtahana hazırlıq üçün xüsusi hazırlanmış rəqəmsal dərslik (PDF) göndərilir.

Sertifikasiya prosesi tam onlayn həyata keçirilir və imtahan 30 test sualından ibarətdir. İmtahandan uğurla keçmək üçün iştirakçı 30 sualdan minimum 25 sualı düzgün cavablandırmalıdır.

İmtahan aşağıdakı dillərdə təşkil edilə bilər:

• Azərbaycan dili
• Türk dili
• İngilis dili
• Alman dili
• Fransız dili
• Rus dili
• Çin dili

İmtahandan uğurla keçdikdən sonra qalan 150 AZN ödəniş edilir və sertifikatı təqdim etmək üçün növbəti 10-15 iş günündə sizi mərkəzimizə dəvət edirik.

3. İmtahanda hansı biliklər qiymətləndirilir?

İmtahan əsasən aşağıdakı istiqamətləri əhatə edir:

• Beynəlxalq gigiyena standartları
• Sanitariya qaydaları
• Sterilizasiya və dezinfeksiya prosedurları
• İş mühitində gigiyena tələbləri
• Müştəri təhlükəsizliyi prinsipləri
• Yoluxucu risklərin qarşısının alınması
• Peşə etikası və təhlükəsizlik qaydaları

İştirakçılara imtahanda maksimum 3 dəfə iştirak hüququ təqdim edilir.

Əgər hər üç cəhd uğursuz olarsa, ilkin ödəniş geri qaytarılır və növbəti müraciət hüququ 1 il sonra yenidən aktiv olur.

4. Sertifikatda nələr mövcuddur?

Sertifikat beynəlxalq identifikasiya və doğrulama elementləri ilə təqdim edilir.

📌 ISO 9001 Keyfiyyət Nişanı 🌟
📌 İngiltərə akkreditasiya nişanı 🇬🇧 (IEQC)
📌 Amerika akkreditasiya nişanı 🇺🇸 (QAHE)
📌 ISO 21001 beynəlxalq standart nişanı 🌟
📌 Dünyanın hər yerindən yoxlanıla bilən QR kod sistemi 🌍

QR kod skan edildikdə aşağıdakı məlumatlar görünür:

• İştirakçının adı və soyadı
• Şəkli
• FIN kodu
• Sertifikasiya məlumatları
• Beynəlxalq keyfiyyət və akkreditasiya nişanları.

Serifikasiya ödənişi 300 azn təşkil edir.

Sertifikasiya 3 il müddətinə etibarlıdır.

Müddət bitdikdən sonra sertifikat yenilənə bilər. Yenilənmə haqqı 100 AZN təşkil edir və həmin dövrün yenilənmiş standartlarına uyğun qısa təkrar qiymətləndirmə prosesi tətbiq olunur.

Ad Soyad
Whatsapp olan nömrə qeyd edin.
Bu sahə üzrə təhsiliniz var?
Sahə üzrə iş təcrübəniz var?
Bu sahədə rəsmi olaraq işləyirsiniz? ( Əmək müqaviləsi ilə)

Vacib Qeyd!

Bu proqramın məqsədi iştirakçıların beynəlxalq gigiyena standartları üzrə nəzəri biliklərini qiymətləndirmək və imtahan vasitəsilə təsdiqləməkdir. Bu sertifikat: 1.Peşə icazəsi və ya fəaliyyət hüququ verən sənəd deyil. 2.Təhsil diplomu deyil. 3.Dövlət tərəfindən verilən lisenziya deyil!