Müəllimlərin Beynəlxalq Sertifikasiyası (ITTA)

Beynəlxalq Akkreditasiya Müəllimlərə Nə Qazandırır?

Təhsil və təlim sahəsində çalışan müəllim və təlimçilər üçün beynəlxalq müəllim akkreditasiyası proqramı təqdim olunur. IEQC (International Education Quality Council) tərəfindən həyata keçirilən bu proqram iştirakçılara beynəlxalq sertifikat əldə etmək, peşəkar fəaliyyətlərini beynəlxalq səviyyədə təsdiqləmək və karyeralarını inkişaf etdirmək imkanı yaradır.

Akkreditasiyanı uğurla tamamlayan müəllim və təlimçilər IEQC Accredited Teacher / Trainer statusu əldə edir, ISO:9001 – ISO:21001 Nişanları və IEQC Accredited ilə təsdiqlənmiş beynəlxalq sertifikat qazanırlar. Bu sertifikat müəllimlərin beynəlxalq tanınırlığını və nüfuzunu artırır, onların təhsil və təlim bazarında daha etibarlı mütəxəssis kimi tanınmasına kömək edir.

Eyni zamanda akkreditasiya əldə edən müəllimlərin məlumatları IEQC beynəlxalq platformasında yerləşdirilir və istənilən şəxs müəllimin ad soyadını və ya FIN kodu ilə axtarış edərək onun akkreditasiya statusunu yoxlaya bilər. Bu isə xüsusilə müəllimlərin işə qəbulu, beynəlxalq layihələr və təlim proqramlarında iştirak zamanı əlavə üstünlük yaradır.

Akkreditasiyada İştirak Şərtləri

Akkreditasiyada iştirak etmək istəyən namizədlər aşağıdakı kriteriyalardan ən azı birinə uyğun olmalıdır:

  • müəllimlik və ya təlimçilik üzrə ali və ya xüsusi təhsil
  • təhsili təsdiq edən diplom və ya sertifikat
  • və ya minimum 2 il iş təcrübəsi

İş təcrübəsi ilə müraciət edən namizədlər təcrübələrini iş yerindən rəsmi arayış və ya müvafiq dövlət qurumunun sistemindən əldə olunan məlumat ilə təsdiqləməlidirlər.

Akkreditasiya İmtahanı necə keçirilir?

Akkreditasiya prosesi onlayn imtahan vasitəsilə həyata keçirilir. İmtahan 30 test sualından ibarətdir və əsasən təlimçilik metodikası, tədris bacarıqları və beynəlxalq təhsil standartları üzrə bilikləri qiymətləndirir.

İmtahandan uğurla keçmək üçün iştirakçılar 30 sualdan ən azı 25-nə doğru cavab verməlidirlər. İmtahan ingilis, alman, rus, fransız, türk azərbaycan və çin dillərində keçirilə bilər.

Beynəlxalq Sertifikat və Akkreditasiya Müddəti:

İmtahanı uğurla bitirən müəllim və təlimçilər IEQC beynəlxalq müəllim sertifikatı əldə edirlər. Sertifikat üzərində IEQC ACCREDITED keyfiyyət nişanı QR kod və Sertifikat seria nömrəsi ilə təsdiq sistemi yerləşir. Bu QR kod vasitəsilə müəllimin akkreditasiya məlumatlarını onlayn şəkildə dünyanın bütün ölkələrində yoxlamaq mümkündür.

Akkreditasiyanın qüvvədə olma müddəti 3 il təşkil edir. Bu müddət bitdikdən sonra akkreditasiyanı yeniləmək mümkündür. Yenilənmə üçün həmin dövrdə aktiv fəaliyyət göstərildiyini təsdiq edən sənədlər təqdim edilməli, yenilənmə imtahanında iştirak edilməli və 50 GBP (təxminən 100 AZN) yenilənmə rüsumu ödənilməlidir.

Beynəlxalq Sertifikat Nümunəsi:

( QR kodu skan edərək yoxlaya bilərsiniz )

Beynəlxalq müəllim akkreditasiyasının qlobal qiyməti 300 GBP (630 azn ) təşkil edir. Lakin Global Edu vasitəsilə müraciət edən müəllim və təlimçilər üçün xüsusi imkan təqdim olunur və akkreditasiya proqramının ümumi qiyməti 300 AZN təşkil edir.

Qeydiyyat zamanı namizədlər təhsillərini və ya iş təcrübələrini təsdiq edən sənədləri təqdim edir və 150 AZN ilkin ödəniş edirlər. Qeydiyyatdan sonra 3 iş günü ərzində imtahanda düşə biləcək suallar əsasında hazırlanmış rəqəmsal dərslik (PDF) iştirakçıya göndərilir ki, imtahana hazırlaşa bilsin.

Qeydiyyatdan təxminən 1 həftə sonra iştirakçı imtahanda iştirak edir. İmtahandan uğurla keçdikdən sonra ödənişin qalan hissəsi (150AZN) edilir və sertifikat beynəlxalq qurum tərəfindən 15–20 gün ərzində hazırlanaraq təqdim olunur. Eyni zamanda iştirakçı haqqında məlumat IEQC beynəlxalq platformasında dərc edilir.

İştirakçılara imtahanda 3 dəfə iştirak etmək imkanı verilir. Əgər hər üç cəhd uğursuz olarsa, ilkin ödəniş tam şəkildə geri qaytarılır və namizəd növbəti müraciəti 1 il sonra edə bilər.

Ad Soyad
Whatsapp olan nömrə qeyd edin.
Bu sahə üzrə təhsiliniz var?
Sahə üzrə iş təcrübəniz var?

Təhsil, təlim sertifikasiya və imtahan fəaliyyətlərimiz beynəlxalq keyfiyyət standartlarına uyğundur və beynəlxalq akkreditasiyadan keçmişdir.