SMM kursu nəyi öyrətməlidir?

Azərbaycan bazarında bir çox SMM kursları mövcuddur. Amma hər kurs, sizi bu sahədə həqiqi peşəkar edə biləcək potensiala sahib deyil. Bəs əsl SMM kursu sizə nə öyrətməlidir? Kurs seçərkən nələrə diqqət etməlisiniz?

1.Marketinq yönümlü başlanğıc – SMM düşüncəsi!

SMM kursuna sıfırdan başlayan biri üçün ilk növbədə marketinq düşüncə tərzi formalaşdırılmalıdır. Kurs sizə yalnız hansısa proqramdan necə istifadə etməyi yox, niyə etdiyinizi, kimə etdiyinizi və nə məqsədlə etdiyinizi başa salmalıdır.

Əgər siz müştəri psixologiyası, məhsul təqdimatı, məqsədli auditoriya seçimi kimi anlayışları öyrənmədən SMM-ə başlayırsınızsa, bu, binanı təməl olmadan inşa etmək kimidir. Həqiqi SMM mütəxəssisi olmaq üçün ilk addım marketinq əsaslarını anlamaqdır.

2.Kontent və dizayn dərsləri – Öz işinizi özü idarə edin

Sosial mediada izləyicini cəlb etmək üçün məzmunun keyfiyyəti əsas rol oynayır. Yəni nə paylaşdığınız, necə paylaşdığınız qədər vacibdir. Yaxşı SMM kursu sizə kontent planlamasını, mövzu seçimini, dil və üslubun düzgün qurulmasını öyrətməlidir.

Bununla yanaşı, ilk dizayn bacarıqları da kursun içində yer almalıdır. Çünki bir çox hallarda sizə öz postlarınızı, hekayələrinizi, video və vizuallarınızı hazırlamaq lazım gələcək. Bu səbəbdən kurs sizə sadə dizayn proqramları ilə işləməyi də öyrətməlidir. Əgər öz biznesinizi qurmaq istəyirsinizsə, bu bacarıqlar sizə ciddi üstünlük verəcək.

3.Meta dərsləri – Əsas platformaları dərindən öyrənmək

SMM dedikdə ağıla gələn ilk platformalar Instagram və Facebook olur. Buna görə də kurs Meta platformalarının düzgün istifadəsini əhatə etməlidir. Bu sadəcə “post paylaşmaq” demək deyil.

Kurs sizə Instagram və Facebook səhifələrinin yaradılması, qurulması, idarəsi və optimallaşdırılması haqqında bütün vacib detalları öyrətməlidir. Eyni zamanda Meta Business Suite, WhatsApp Business və profil ayarları kimi texniki məsələlərə də toxunmalıdır. Çünki gələcəkdə işlədiyiniz müştərilərin və ya öz biznesinizin uğuru bu biliklərdən asılı olacaq.

4.Peşəkar SMM Reklamları – Təkcə paylaşmaq kifayət etmir

Sosial şəbəkələrdə böyümək və satış əldə etmək üçün reklamdan istifadə vacibdir. SMM kursu bu sahədə sizə praktiki reklam bacarıqları qazandırmalıdır. Amma bu, sadəcə “reklam ver” demək deyil.

Instagram və Facebook üzərindən reklamların düzgün qurulması, hədəf seçimi, büdcə planlaması və nəticələrin ölçülməsi kimi mövzular dərindən öyrədilməlidir. Əlavə olaraq, LinkedIn və TikTok reklamlarına giriş dərsləri də proqramda yer almalıdır. Amma hər platforma üzrə dərindən getmək yerinə, ən vacib əsaslar düzgün və başa düşülən şəkildə təqdim olunmalıdır.

SMM və SEO – Daha çox insana çatmaq üçün optimallaşdırma!

Sosial media fəaliyyəti ilə paralel olaraq, SEO (axtarış sistemləri üçün optimizasiya) haqqında təməl biliklər də kurs proqramında olmalıdır. Çünki bu gün insanlar məhsul və xidmətləri Google və sosial şəbəkələrdə axtarırlar.

Əgər siz profil ayarlarında, paylaşım başlıqlarında, hashtag seçimlərində və səhifə quruluşunda SEO qaydalarına əməl etsəniz, çox daha çox izləyici və potensial müştəri qazana bilərsiniz. Kurs sizə sosial mediada görünürlüyü artırmaq yollarını və açar sözlərdən düzgün istifadə etməyi də öyrətməlidir

5.Əlavə resurslar və gücləndirici biliklər

Yaxşı bir SMM kursu, sizə sadəcə dərs keçməməlidir. Eyni zamanda inkişafınıza dəstək olacaq alətlər və resurslar təqdim etməlidir. Məsələn, qrafik hazırlamaq üçün istifadə olunan proqramlar, kontent planlayıcı alətlər, süni intellekt dəstəkli yazı və dizayn vasitələri haqqında məlumat verilməlidir.

Kurs sizə bu vasitələrin pulsuz və ya daha sərfəli yollarla istifadəsini, həmçinin praktik tapşırıqlar və nümunə layihələr üzərində işləməyi də öyrətməlidir. Beləcə, dərsdən sonra da öz üzərinizdə işləməyə davam edə bilərsiniz.


Unutmayın, qısa müddətli, yalnız paylaşım öyrədən kurslar sizi peşəkar etməz. Əgər siz bu sahədə işləmək və ya öz biznesinizi böyütmək istəyirsinizsə, real biliklər, praktik tapşırıqlar və inkişaf imkanları olan SMM kursunu seçməlisiniz.

Qiymət yox, keyfiyyət əsasdır. Ən ucuz kursu yox, sizə dəyər qatan və gələcəkdə nəticə verə biləcək kursu seçin. Peşəkar olmaq üçün doğru yoldan başlamaq vacibdir!


Please enable JavaScript in your browser to complete this form.
Ad-Soyad
Email Adresiniz
Müraciətinizin Səbəbi
Fikirinizi geniş şəkildə izah edin.

Smm+Satış Kursuna Keçid!