Global Education olaraq, beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil və peşəkar təlim xidmətləri təqdim etməyi prioritet hesab edirik. Fəaliyyətimizin şəffaflığı, tədris prosesimizin keyfiyyəti və təlim proqramlarımızın peşəkarlıq səviyyəsi WAO (World Accreditation Organization) tərəfindən hərtərəfli qiymətləndirilmiş və təsdiq olunmuşdur.
2024-cü ilin aprel ayında beynəlxalq akkreditasiyadan keçərək rəsmi şəkildə beynəlxalq sertifikata layiq görüldük. Bu akkreditasiya Global Education-ın dünya səviyyəsində tanınan və etibarlı bir təhsil müəssisəsi olduğunu təsdiqləyir.
Bu uğuru sizinlə paylaşmaqdan böyük qürur duyuruq! Biz inanırıq ki, Global Education ailəsi olaraq birgə daha böyük nailiyyətlər əldə edəcək və tələbələrimizə beynəlxalq səviyyədə tanınan keyfiyyətli təhsil təqdim etməyə davam edəcəyik.
Aşağıda təqdim olunan beynəlxalq sertifikatımızın görüntüsü ilə tanış ola bilərsiniz.
